"Qan Yaddaşımız" adlı tədbir keçirildi

19.01.2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Mehrinin təşkilatçılığı ilə 5 və 7-ci sinif şagirdlərinin təqdimatında  "Qan Yaddaşımız"adlı tədbir keçirildi. Akt zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükut ilə yad edildi. Şagirdlər hazırladıqları mahnı,şeir və səhnəciklərini təqdim etdilər. Sonda məktəbin tarix müəllimi Əliyev Cavanşir çıxış edərək şəxsən canlı şahid olduğu hadisələr haqqında şagirdlərə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi