"Şahmat yarışı keçirildi"

Uşaqlarda dünyagörüşün formalaşmasında, ixtiraçılıq qabiliyyetinin və qanunauyğunluq təfəkkürünün formalaşmasında şahmat oyunlarının əvəzsiz rolu vardır.Məhz bu xüsusiyyətləri uşaqlarda kiçik yaşlarından formalaşdırmaq lazımdır.Məktəbimizin 2b, 3c, 4c sinfində bu bacarıqları formalaşdırmaq üçün fiziki tərbiyə fənnində şagirdlər arasında "Şahmat" yarışı keçirilmişdir.Quliyev Raul 1-ci, Zeynallı Əsmagül 2-ci, Nəcəfkva Xədicə 3-cü yerə layiq görülmüşdür. Digər şagirdlərə də iştiraka görə diplomlar verilmişdir.Mükafatlandırılma mərasimində məktəbin direktoru Əiyeva Sədaqət iştirak etmiş, şagirdlərə diplomları təqdim etmişdir.