"31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 7A sinfi ilə ilə tədbir keçirilib"

28 dekabr 2023-cü il tarixində məktəbimizin ingilis dili müəllimi .... Zülxumar və Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Tükəzban 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 7A sinfi ilə ilə tədbir keçiriblər. Təbdir Azərbaycan Resplikasının Dövlət Himni ilə başladı.
Daha sonra 1 dəqiqəlik sükut ilə şəhidlər yad edildi. Dörd aparıcı ilk olaraq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında, günün yaranma tarixi, əhəmiyyəti, zərurəti haqqında məlumat verdi. Məlumatdan sonra təbrik üçün səhnəyə məktəbin direktoru Sədaqət Əliyeva dəvət olundu. Müəllim öz ürək sözləri, xoş diləkləri ilə zalda əyləşənləri feyzyab etdi.
Daha sonra digər şagirdlər doğma vətənimizi tərənnüm edən   şeirlərini zalda əyləşən müəllimlərə, şagirdlərə təqdim etdilər.
Bundan sonra 7a şagirdləri tərəfindən "Azərbaycan" mahnısı ifa olundu. Yenədə vətəni, ana torpağı tərənnüm edən şeirlər səsləndirildi.
Yenə də aparıcılar səhnədə öz çıxışlarını davam etdirdilər. Çıxış zamanı şagirdlər Yeni il bayramı, şaxta baba, qar qız anıayışları haqqında məlumat verdilər. Səhnəyə yeni ilin bu əvəz olunmaz rəmzləri dəvət olundu.
Şaxta baba və qar qız şagirdlərə hədiyyələr gətirmişdilər. Hədiyyələr 7a sinfimin rəqsləri və şeirləri idi..
Şeirlər və rəqslər göstərildikdən sonra müəllimlər və şagirdlər zalda əyləşən izləyici müəllim və şagirdlərə yeni ildə öz diləklərini söylədilər. Sonda " Yeni il gəldi" mahnısı ilə tədbir sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi