“Dünyanın rahatlıq tapması üçün nə etməliyik?“ adlı dəyirmi masa keçirilmişdir.

15.12.2023-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Mehri tərəfindən VIII və IX sinif şagirdləri ilə birgə “ dünyanın rahatlıq tapması üçün nə etməliyik?“ adlı dəyirmi masa keçirilmişdir. Müzakirədə məktəbin direktoru Ə. Sədaqət m, tədris işləri üzrə müdir müavini M.İradə m, Kiçik Akademiyanın prezidenti F.Sevinc, Coğrafiya müəllimi A. Aygün m və Azərbaycan dili və ədəbiyyat müəllimi R. Cəvahir m iştirak etmişdir. Şagirdlər onları narahat edən problemləri sadaladıqdan sonra müəllimlərin vasitəsilə müəyyən çıxış yolları əldə etmişlər. Müzakirə zamanı Mehri müəllimə şagirdləri müxtəlif istiqamətlərə yönəltmiş, şagirdlər də öz növbələrində rəngarəng fikirlər səsləndirərək müzakirəni daha da maraqlı etmişlər. Sonda məktəbin direktoru Sədaqət müəllimə və Coğrafiya müəllimi Aygün müəllimə çıxış edərək şagirdlərə qarşıya qoyulmuş problemlərlə əlaqədar izahlar verərək müzakirəni yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi