“Şəhid Vüqar Quliyevin adını daşıyan iki fərqli məktəbin sinifləri arasında dostluq əlaqələri qurulur.”

Şəhid Quliyev Vüqar Fizuli oğlunun anım günü ilə əlaqədar olaraq məktəbimizin bir qrup müəllim heyəti, eyni zamanda şəhid Vüqar Quliyevin döyüş yoldaşı, şəhid Vüqar Quliyevin adını daşıyan 8d sinfinin rəhbəri İngilis dili müəllimimiz Allahverdizadə Cavidan Ağsu şəhəri Qaraqaşlı kənd 4saylı məktəbə yola düşüblər. Tədbirdə Ağsu rayonunun İcra hakimiyyətinin şöbə müdiri Bəxtiyar Məmmədov, şəhidin ailə üzvləri, şəhid ailələri, “Dəmir Yumruq Cəmiyyətinin sədri Ülviyyə xanım, rayon ictimaiyətinin nümayəndələri iştirak ediblər.

Müəllimlərimiz 9ə sinif şagirdi Heydərov İbrahimin şəhidin xatirəsinə hazırladığı portreti təqdim ediblər.

Tədbirdə Vüqar Quliyevin keçdiyi şərəfli həyat və döyüş yolundan bəhs olunub. Şagirdlərin ifasında bədii kompozisiya səsləndirilib, şeirlər və mahnılar ifa olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi