"Gəncliyin ilk baharı" adlı məşğələ keçirildi

28 noyabr 2023-cü il tarixində məktəbin biologiya müəllimləri Salayeva Bahar və Fərəcova Elmira 8-ci və 9-cu sinif şagirdləri ilə "Gəncliyin ilk baharı" mövzusunda məşğələ keçirtdilər. Məşğələ Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş metodik vəsaitə əsasən təşkil olundu. Məşğələ zamanı "Yetişkənlik dövrünün əsas əlamətləri və bu əlamətlərin uşaqlarda necə təzahür etdiyi" müzakirə olundu.  Yeniyetmələrdə olan fiziki dəyişkənliklərlə bərabər, həm də psixo-emosional və davranış dəyişiklikləri də qeyd olundu. Məşğələnin sonunda gəldiyimiz nəticə budur ki, yetişkənlik dövründə bədənimizdə gedən proseslər normal haldır. Bu prosesləri şüurlu şəkildə qəbul etmək lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi