"Narkomaniyaya yox deyək" adlı tədbir keçirildi

23noyabr 2023-cü il tarixində məktəbimizdə "narkomaniyaya yox deyək" adlı tədbir keçirildi. Tədbirdə Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı - Cavanşir Əliyev, Azərbaycan dili müəlliməsi Bağırova Günel, İngilis dili müəlliməsi Məmmədova Nəzakət çıxış etdi. Tədbirdə narkomaniya haqqında video çarx nümayiş olundu. Şagirdlər "narkomaniyaya yox deyək" adlı başlıqla çıxışlar etdilər. Tədbirin keçirilməsində əsas məqsəd gəncləri ziyanlı vərdişlərdən çəkindirmək, onlara "ağ ölümün" əsl mahiyyətini başa salmaqdır. Sonda Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı - Cavanşir Əliyev çıxış edərək zərərli vərdişlər haqqında ətraflı  məlumat verdi və gəncləri zərərli vərdişlərə yox deməyə çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi