"Zəfərimiz mübarəkdir"adlı tədbir keçirildi.

Noyabrın 7-də Zəfər Günü ilə əlaqədar məktəbin akt zalında "Zəfərimiz mübarəkdir"adlı tədbir keçirildi. Tədbirdə şəhid anaları, qazilər, müharibə iştirakçıları, məktəb rəhbərliyi, müəllim və şagird heyəti iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra 2-ci Vətən müharibəsində canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Videoçarx nümayiş olundu, şagirdlər şeirlər səsləndirib, mahnılar ifa etdilər. Müharibəni əks etdirən kiçik səhnəcik nümayiş olundu. Məktəb rəhbərliyi, şəhid anaları çıxış edərək tədbir iştirakçılarına ve təşkilatçılarına öz təşəkkürlərini bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.

Zəfərin mübarək, Azərbaycan xalqı!

Qalib Azərbaycan!

Qalib Lider, Qalib Xalq!

Əsrin Qələbəsi!

Rəşadətli Azərbaycan Ordusu!

Zəfər Bayramı - Azərbaycan xalqının qürur mənbəyi!

Haqq savaşımız Zəfərlə başa çatdı! Zəfər ədalətin təntənəsidir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi