"Müzakirə saatı"

Bu gün 128 saylı orta məktəbin Kiçik Akademiyasının fəaliyyət planına uyğun olaraq "Müzakirə saat"ının növbəti görüşü keçirildi. "Müzakirə saatı"nda KA-nın Humanitar bölməsinin rəhbəri Cəvahir Rəsulzadənin təşkilatçılığı ilə 10a və 11b sinif şagirdləri Xəzər Universitetinin müəllimi, Dünya ədəbiyyatı (ABŞ) sahəsi üzrə fəlsəfə doktoru, eyni zamanda 128 saylı orta məktəbin məzunu olan Yeqzar Cəfərlinin "Uçurum" hekayələr toplusu kitabını təhlil etdi. Şagirdlər kitabın təhlili zamanı fəal iştirak etdilər. Onlar: A. Cəmilə “Kim bilir, bəlkə...”, R. Fatimə “Şagird”, A. Süriyyə “ Üstüaçıq ev”, H. Leyla “ O qayıtdı”, H. Arzu “Qar”, N. Aytac “ Yanan ocaq”, H. Sevda “Yuxu” hekayələrin yığcam məzmunu haqqında məlumat verdikdən sonra həmin hekayələrlə bağlı müəllifə beyinlərində qaranlıq qalan sualları da ünvanladılar. Yeqzar müəllim sualları maraqlı, ətraflı şəkildə cavablandırdı. Sonra müəllif öz çıxışında şagirdlərə kitab oxumağın faydaları, kitab oxumağın vacibliyi ilə bağlı məlumat da verdi. Özünün yazdığı 2 kiçik şeir parçasını şagirdlərə ərmağan edən müəllif həm müəllimin, həm də şagirdlərin əməyini yüksək qiymətləndirdi. Sonda Yeqzar müəllim şagirdlərlə xatirə şəkil də çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi