"8 Noyabr Zəfər Günü" adlı açıq dərs keçirildi

Açıq dərs: "8 Noyabr Zəfər Günü"

30 illik erməni işğalına son qoyan tarixi qələbəmizdən üç il ötür. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın 200 illik işğal siyasətinə son qoydu. Bununla da Azərbaycanın adı dünya tarixinə qalib dövlət kimi yazıldı. Bu qələbə ilə də postsovet məkanında, hətta dünyada son illərdə ilk dəfə separatizm hərəkatı məhv edildi.

Uzun illər bir xalq olaraq onun-bunun qələbəsinə sevindik, bayram etdik. 44 günlük Vətən müharibəsində qazanılan qələbə isə milli bayramımız, qürur mənbəyimiz oldu. Bu ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə 44 günlük müharibəyə yekun vuruldu. Bununla Azərbaycan pozulan hüquqlarını, ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Nəticədə ermənilərin 200 ildir həyata keçirdikləri işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə və s. yerlərdə ucaldıldı.

Məktəbimizdə də Zəfər bayramı münasibətilə 2b sinif rəhbəri Ayşən Əhmədovanın təşəbbüsü ilə "8 Noyabr Zəfər Günü" adlı açıq dərsi keçirildi.

Dərsdə ibtidai sinif müəllimlərin təlim-tədrisi üzrə direktor müavini Elçin Hüseynov, Məktəbimizin ingilis dili müəllimi Nəzakət Məmmədova və şəhid Veys İsmayılovun anası Zeynəb İsmayılova qatılmışdı. Həmçinin 20 Yanvar faciəsində şəhid olan Ələsgər Həsənovun həyat yoldaşı Mahirə Həsənova da iştirak etmişdilər. Dərsdə 44 günlük mübarizə sonunda torpaqların azad olunmasından, Zəfərimizin nişangahı olan Xarıbülbüldən danışıldı. Açıq dərsdə Veys İsmayılovun şəxsi əşyalarından ibarət kiçik sərgi də təşkil olunmuşdu. Dərsin sonunda şagirdlər "Cənab Leytenant" musiqisini ifa etdilər və müxtəlif plakatlar və pankartlarla şəkillər çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi