"Şəhidlər unudulmur"

3h sinfi valideynləri və müəllimləri ilə birgə şəhid Mütəllimzadə Ağacavadın ailəsini ziyarət etmiş, eyni zamanda şagird və bir qrup müəllim heyəti şəhid Məmmədov Zəbiyullanın anım günündə iştirak etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Zəbiyulla Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Talış qəsəbələrinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zəbiyulla Məmmədov noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycan Ordusunun əsgəri olan Ağacavad Mütəllimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağacavad Mütəllimzadə oktyabrın 22-də Hadrutun azad edilməsi zamanı şəhid olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi