"Şəhid ailələrinə ziyarət"

Məktəbimizin müəllimləri Nuriyeva Çiçək, Novruzova Qızxanım, Şərbətova Nuranə və bir qrup şagirdlərimiz şəhid Tagiyev Kamran və Quluzadə Kamranın məzarını və onların ailələrini ziyarət ediblər. Kamran Tağıyev Suqovuşan və Talış döyüşlərində savaşıb. 31 oktyabr 2020-ci ildə Tərtər rayonu, Talış kəndi istiqamətində hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Quluzadə Kamran isə Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Quluzadə oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət ailələrinə isə səbr diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi