"Zəfər günü ilə əlaqədar şeir müsabiqəsi keçirildi"

27.10.2023- cü il tarixində Kiçik Akademiyanın fəaliyyət planına əsasən V sinif şagirdləri arasında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Mehri "8 noyabr-Zəfər günü" ilə əlaqədar “Azad vətən“ adlı şeir müsabiqəsi təşkil etmişdir. Müsabiqədə 10 şagird iştirak etmiş, münsiflərin seçiminə əsasən 4 şagird diplomla təltif edilmişdir. Şagirdlər S. Vurğunun, A. Səhhətin, Z. Yaqubun, T. Bayramın vətənpərlik ruhunda yazdığı şeirləri böyük həvəslə səsləndirdilər.

  Müsabiqədə Cümşüdova Aişə III yerə, Cəlilova Zeynəb və İmamquliyeva Ayla II yerə, Umarova Reyhanə isə I yerə layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi