"Anım günü"
Məktəbimizin müəllim və şagird kollektivi şəhidimiz Piriyev Raul Zabit oğlunun anım günündə iştirak etmişlər. Şəhidimiz 05.10.2020-ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə xeyli düşməni məhv edərək şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizin valideynləri qarşısında baş əyərək onu böyük ehtiramla yad edirik.