"Heydər Əliyev İli" çərçivəsində YAP Sabunçu Rayon Təşkilatında tədbir keçirilib

12.10.2023 -cü il tarixində "Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu Rayon Təşkilatında Bakı Gənclər Mərkəzində tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, YAP Veteranlar Şurasının Sədri, Partiyanın idarə heyətinin üzvü Arif Rəhimzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Bahar Muradova, Dövlət Gömrük Komitəsi Akademiyasının Sədri Qulu Novruzov, YAP Xətai Rayon Təşkilatının Sədri Vüqar Rəhimzadə, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev çıxış edərək Ulu Öndərin həyat fəaliyyəti haqqında məlumat veriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi