"Şəhid anaları qürur mənbəyimizdir"

Azәrbaycan Respublikası tәhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-429 nömrәli әmri ilә tәsdiq edilmiş “27 sentyabr Anım Günü vә 8 noyabr Zәfәr Günü ilә bağlı Tәhsil Nazirliyinin Tәdbirlәr Planı”na əsasən 28 sentyabr şəhid anaları ilə görüş keçirildi. Anım günü ilə əlaqədar keçirilən tədbirdə Xəlilov Ayaz, Mütəllimzadə Ağacavad, Babayev İlkin, Əkbərov Əmrah, Əliyev Tahir və Məmmədov Zəbullanın valideynləri iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin Azərbaycan dili müəllimi Bağırova Günelin hazırladığı "Şəhidlik əbədi bir zirvədir" adlı kompozisiya təqdim olundu. Daha sonra 10 A sinif şagirdi Qasımov Kənanın müəllifi olduğu "Şəhid" şeiri, "Salam şəhid anası" adlı şeir şagirdlər tərəfindən səsləndirildi və "Xudayar təsnifi" ifa olundu.
Məktəbin təşkilatçı müəllimi Əliyev Cavanşir şəhid analarına dəvəti qəbul edib gəldikləri üçün təşəkkür etdi. Sonda xatirə şəkli çəkildi.