27 sentyabr Anım Günü - Qürurun və Zəfərin tarixi

Azәrbaycan Respublikası tәhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-429 nömrәli әmri ilә tәsdiq edilmiş “27 sentyabr Anım Günü vә 8 noyabr Zәfәr Günü ilә bağlı Tәhsil Nazirliyinin Tәdbirlәr Planı”na əsasən 27 sentyabr tarixində ilk dərslər Anım Gününə həsr olundu. Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Bütün siniflərdə Anım Günü ilə əlaqədar olaraq şagirdlərə 44 günlük müharibə haqqında məlumat verildi, videoçarxlar nümayiş olundu. Şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər. Müəllimlər şagirdlərə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan ve göstərdikləri şücaətlərdən söhbet açmışlar.