"Bilik Günü" qeyd olundu

15 sentyabr Respublikanın bütün məktəblərində "Bilik Günü" qeyd olundu. Məktəbimizin müəllim və şagird heyəti bu günü xüsusi qeyd etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himi ilə başladı. 6 d sinif şagirdləri hazırladıqları kompozisiyanı təqdim etdilər. Sonda 9 a sinif şagirdi Seyidova Səbinənin təqdimatında "Şagird andı" səsləndirildi. 

Daha sonra məktəbin direktoru Əliyeva Sədaqət, dərs hissə müdiri Muxtarzadə İradə çıxış edərək şagirdləri yeni tədris ili münasibətilə təbrik etdilər. 

Ötən il yüksək balla ali məktəbə qəbul olmuş 11 b sinif şagirdi İsmayılov Əlinin valideyni çıxış edərək şagirdlərə uğurlar arzuladı və müəllimlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi