eTwinning beynəlxalq layihesində məktəbimizin iştirakı

eTwinning beynəlxalq layihəsi olan "Nature's Gems" layihəsində Türkiyə, Rumınya, Polşa, Albaniya və Azərbaycanın müxtəlif şəhərlərindən olan müəllimlər bir araya gəlmişdir. Bizim məktəbi bu layihədə ingilis dili müəllimi Nəzakət Məmmədova 4d sinif şagirdləri ilə təmsil edirdi. Şagirdlər bu layihədə çox həvəslə çalışırdılar. Layihə müddətində şagirdlərimiz bir çox işlər gördülər .Təbiətin gözəllikləri və sərvətləri ilə yaxından təmasda oldular. Tullantılardan yeni istifadə etməyə yararlı əşyalar düzəltdilər. Müxtəlif "puzzle" və "quiz"lər yerinə yetirdilər. Sonda layihəni uğurla başa çatdırdılar.