Pedaqoji Şura keçirilib

20 iyun 2023-cü il tarixində 2022/2023-cü dərs ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura keçirilib. Pedaqoji Şuranı giriş sözü ilə məktəbin direktoru Əliyeva Sədaqət açmışdır. 2022/2023-cü il tədris ilinin yekunları, görülən işlər və qarşıda duran məsələlər haqqında ətraflı məlumat vermişdir. Daha sonra məktəbin rəhbər işçiləri İradə Muxtarzadə və Cavanşir Əliyev, Kiçik Akademia prezidenti Sevinc Fətullayeva hesabatlarını təqdim etmişdilər. Kiçik Akademia prezidenti görülən işlər barədə videoçarx nümayiş etdirmişdir. Cari tədris ilində məktəbin ictimai və təhsil işlərində fərqlənən bir qrup müəllimə Təşəkkürnamə və hədiyyələr təqdim olunmuşdur.