Məktəbimizdə "Son zəng " tədbiri keçirildi

14 iyun 2023-cü il tarixində məktəbimizdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə Maştağa Bələdiyyəsinin üzvü Ağanəcəf müəllim, məktəb rəhbərliyi, müəllim və şagird heyəti iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 2022-2023-cü tədris ili ərzində müxtəlif müsabiqələdə, Olimpiadalarda uğurla iştirak edib fərqlənən və qalib olan şagirdlərimiz məktəb rəhbərliyi tərəfindən bir daha mükafatlandırılıb. Məktəbimizin idmançı şagirdləri də tədris ili ərzində əldə etdikləri medallar ilə tədbirdə iştirak ediblər. Onbirincilərin ifasında mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.