Respublika Uşaq Rəsm Festivalında şagirdimizin uğuru

"Heydər Əliyev ili" nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını situmullaşdırmaq və bədii zövqünü inkişaf məqsədi ilə keçirilən VI " Azərbaycanım " Respublika Uşaq Rəsm Festivalı 27 may 2023-cü il tarixində Xətai Rayon İcra Hakimiyyətinin qarşısında keçirilmişdir. Mövzusu "Güllər " olan Uşaq yaradıcılıq müsabiqəsi Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qaleriyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutmuşdur. Sevindirici haldır ki, məktəbimizin 8c sinif şagirdi Musatafayeva Hacərin əsəri 2500 əsər arasından ilk 30 seçilmiş əsər arasına düşmüşdür. Seçilən əsərlər Xətai Sənət Mərkəzinin Sərgi salonunda sərgilənəcək. Şagirdimizi təbrik edirik.