Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların yekun hesabat konfransı

             Mayın 25-i 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə yekun hesabat konfransı keçirilmişdir.

Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev 2022/2023-cü tədris ili ərzində görülən işlər haqqında hesabat xarakterli məlumatlar verdi.

             Yekun konfrans 4 hissədən ibarət təşkil olunmuşdur. Hər hissədə 44 məktəb üzrə şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və.s məzmunlu araşdırma, elmi-tədqiqat işlərini təqdim etdilər.Konfransda məktəbimizi 8 c sinif şagirdi Əliyev Əli uğurla təmsil etdi. Şagirdimiz "Sözün gücü" adlı tədqiqat işi ilə çıxış etdi.Tədqiqat işinin məqsədi sözün enerjiyə malik olduğunu isbat etmək idi. Sonda bütün məktəblər Fəxri Fərman ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi