Muzeydə bir gün

             128 nömrəli tam orta məktəbin 8c və 9ç sinif şagirdləri məktəbin adını daşıdığı görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun xatirə muzeyində oldular. Muzeyin direktoru Kamilə Hüseynova məktəbliləri muzey ilə tanış etdi.

             Daha sonra şagirdlərimiz Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzinə baş çəkdilər. Burada onlar Heydər Əliyevin həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə tanış oldular.

Şagirdlərimizə muzey gəzintisində bələdçilik edən Çiçək müəlliməyə və Qızxanım müəlliməyə təşəkkür edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi