"Hüquqlarımızı qoruyaq" adlı açıq dərs

               "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Heydər Əliyev

                Uşaq – heç bir sözlə ifadə edilməyən  və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən birinci vəzifələrindən biri hesab etmişdir. Respublikamızda bu mühim məsələyə daim diqqət və qayğı ilə yanaşılır. Uşaq hüquqlarının tanınması və cəmiyyətin bu hüquqlara hörmət  etməsi mühim əhəmiyyət kəsb edən bir məsələdir. Bu gün Azərbaycanda yeni nəsil yetişir və bu nəsil gələcək Azərbaycanın sağlam düşüncəli vətəndaşlarının bazası funksyasını yerinə yetirir. Unutmayaq ki, hüquqi dövlətimizin gələcəyi, məhz bu günün uşaqlarından, bu uşaqların hüquqlarının aliliyinin təminatından asılıdır. Məktəbimizin 2c sinif şagirdləri Həyat bilgisi fənnindən " Uşaq hüquqları" mövzusunda Acıq dərs keçmiş və öz əl işlərini təqdim etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi