Şəhid Rəşad Novruzovun anım günü

               01.04.2023-cü ildə Maştağa Mədəniyyət Mərkəzində məktəbimizin təşkilatçılığı ilə şəhid Rəşad Novruzovun anım günü keçirildi. Tədbirdə şəhid anaları, qazilər, qonşu məktəblərin direktorları, DGKA-nın müəllim və müdavimləri, şair, jurnalist Yunis Qaraxanlı iştirak edirdilər. Rəqs nömrələrinin, musiqi çıxışlarının, şeirlərin səsləndiyi tədbir maraqlı və təsirli keçdi. Sonda qonaqlar çıxış edərək tədbir təşkilatçıları məktəbimizin təsviri incəsənət müəllimi Novruzova Qızxanım və musiqi müəllimi Nuriyeva Çiçəyə öz təşəkkürlərini bildirdilər. Şəhidlərin xatirəsini əziz tutmaq, onları yad etmək hər birimizin müqəddəs borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi