Maarifləndirici dərslər

                 31.03.2023- cü tarixində uşaq birliyi rəhbəri Əliyeva Gülər və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Mehrinin təqdimatında VI h və IV ə sinif şagirdlərinə rejissor Şamil Mahmudbəyovun “ Şərikli çörək “ filmi nümayiş etdirildi. Nümayişdən öncə şagirdlərlə maarifləndirici söhbət aparıldı. Müharibə və başqa fövqəladə vəziyyətlərdə insanların bir- birinə kömək etməsi, son tikələrini bərabər şəkildə bölmək aşılandı. Filmə baxa- baxa şagirdlərlə uşaq əməyinin istismarı, müharibənin insanların yaddaşında silinməz izlər buraxması barədə söhbət aparıldı. Filmin nümayişi bitdikdən sonra Mehri müəllimə insanların birliyi, vətənə sevgi, vətənpərlik mövzulu filmlərə sevgi oyatmaq üçün şagirdlərə müxtəlif tövsiyələr verdi. Həmçinin Mehri müəllim 31- Mart azərbaycanlıların soyqırımı ilə əlaqədar məlumat verdi. Şagirdlər də öz növbələrində bu mövzuda oxuduqları əsərlərdən, filmlərdən sitatlar gətirərək maraqla müzakirədə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi