31 Mart - azərbaycanlıların Soyqırımı günü

              1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı Quberiyasının müxtəif bölgələrində eləcə də Şamaxı, Quba, Xaçmaz və digər ərazilərdə Bakı Soveti və daşnaq Erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.Soyqırım qurbanlarını yad etmək, onların əziz xatirəsini əziz tutmaq hər birimizin borcudur. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavanşir Əliyev 7ə, 7d, 9a sinif şagirdləri ilə soyqırım qurbanlarını xatırladılar. Video materiala baxıldı, şagirdlərə ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi