Gənclər Günü!

              03.02.2023-cü ildə Gənclər Günü ilə əlaqədar məktəbimizi bitirmiş, həyatda öz sözünü demiş savadlı, istedadlı məzunları ilə görüş  keçirildi. Görüşdə məktəb rəhbərliyi, məktəb kollektivi, təqaüddə olan müəllimlərimiz Rəhmanova Solmaz, Fətullayeva Elmira,  10,11-ci sinif şagirdləri iştirak edirdi.Istedadlı  məzunlarımız arasında Parisdə Azərbaycan evinin vitse prezidenti Mehin Quliyeva, savadlı hekim Pərvanə Fətullayeva, gənc alim Şəhriyar Məmmədov, kiçik elmi işçi Samir Cəfərov, Maştağa Bələdiyyəsində mütəxəssis kimi çalişan Fidan Kazımova iştirak edirdi. Maraqlı söhbətlərin, həyat tarixçələrinin, fikir mübadilərinin fonunda keçən görüş orda iştirak edənlərin yaddaşından uzun müddət silinməyəcək. Sonda çıxış edən məktəbin direktoru Əliyeva Sədaqət məzunlara və gorüşün təşkilatçısı, ibtidai sinif müəllimi  Əmirova Vəfaya dərin təşəkkürünü bildirdi .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi