7-dən 17-yə hamımız vətənpərvərik!

           Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, o, əbədi və əzəlidir. Əcdadlarımızdan əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətənpərvərlik hisslərini uşaqlarımıza kiçik yaşlarında aşılamalıyıq. Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb,  bağçada, məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Məhz bu səbəbdən məktəbin Azərbaycan dili müəllimi Əliyeva Tükəz 6-a sinif şagirdləri ilə “Hamımız vətənpərvərik” adlı maarifləndirici dərs keçirdi. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, təqdimalar nümayiş etdirdilər. 

           Prezidentimiz İlham Əliyev demişdir: “Mən istəyirəm ki, gənclərimiz vətənpərvər, bilikli, savadlı olsunlar. Vətən sevgisi ilə böyüsünlər”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi