Ulu Öndər Heydər Əliyevin anım günü!

         12.12.2022 ci il tarixində, Ulu Öndərin anım günü ilə əlaqədar məktəbin tarix müəllimi Qurbanova Esmira 9-c sinif şagirdləri ilə açıq dərs keçirtdi.Dərsdə məktəbin tarix müəllimi Əliyev Cavanşir, musiqi müəllimi Nuriyeva Çiçək iştirak edirdi.Dərsi giriş sözü ilə açan tarix müəllimi Qurbanova Esmira  qeyd etmişdir ki,bu gün xalqımızın tarixinə əbədi həkk olmuş dahi şəxsiyyət hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündür.Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb.Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə,əməlləri isə hünər timsalına çevrilib.Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub."Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram",-deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib.Dərs zamanı şagirdlər Heydər Əliyev haqqında filmə baxdılar,və onun haqqında məruzələrlə çıxış etdilər.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm uğurlar Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dinamik inkişaf strategiyasının bəhrəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi