Məmməd Araz haqqında dəyirmi masa

               07.12.2022-ci il tarixində məktəbin Azərbaycan dili müəllimi Əliyeva Tükəz 6-a sinif şagirdləri ilə Azərbaycanın görkəmli sənətkarı, xalq şairi Məmməd Araz haqqında deyirmi masa  keçirtdi. Deyirmi masada kitabxana müdiri Quliyeva Yaxşıxanım, 6a sinif rəhbəri Quliyeva Xumar, ibtidai sinif müəllimi Rəcəbova Rehilə, UBR rehbəri Əliyeva Gülər iştirak edirdi. Şagirdlər Məmməd Araz haqqında məlumatlar təqdim etdilər, şairin həyat və yaradıcılığı haqqında ətraflı melumat verdilər.

               Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinəədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədərfaydalı olduğunu bir daha bildik və dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Araz yaradıcılığının nə qədər böyük əhəmiyyəti var. Azərbaycan xalqı daim müstəqilliyini qoruyub-saxlayacaq və müstəqil Azərbaycanın ilk "İstiqlal" ordeninə laiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdədə öz yerini tutacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi