1 Dekabr-Ümumdünya QİÇS-lə mübarizə günüdür

               Hər il dekabrın 1-i Ümumdünya QİÇS-lə mübarizə günü kimi qeyd edilir.Məktəbin biologiya müəllimi Salayeva Bahar 9-cu sinif şagirdləri ilə Beynalxalq QİÇS günü ilə əlaqədər tədbir keçirib.Tədbirdə biologiya müəllimi məlumat verərək bildirib ki,qazanılmış İmmun çatışmazlığı sindromu-QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində qazandığı ,bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır.Avropa ölkələrinin əksəriyyətində bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq,cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür ,tibbi, maddi və digər yardımlar göstərilir. Bu gün dünyanın hər yerində əhalinin diqqəti bu problemə yönəldilir,insanlar maarifləndirilir.

 Sonra isə şagirdlər QİÇS-in əlamətləri haqqında hazırladıqları məlumatları təqdim etdilər.Slaydşou numayiş olundu.Şagirdlər tərəfindən QİÇS-in əlamətləri sadalandı, onlari maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi