Əhməd Cavad-130 adlı elmi-bədii konfrans

              11.11.2022-ci il tarixində KA-nın humanitar bölmə rəhbəri C.Rəsulzadənin təşkilatçılığı ilə "Əhməd Cavad-130" adlı elmi-bədii konfrans keçirildi.Konfransda məktəbin təqaüdə çıxmış Azərbaycan dili və ədəbiyyat müəllimləri S.Rəhmanova,N.Suğra,ibtidai sinif müəllimi E.Kazımova,məktəb rəhbərliyi,müəllimlər iştirak edirdi.Konfransı KA rəhbəri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Konfrans KA-nın humanitar bölmə rəhbəri C.Rəsulzadənin çıxışı ilə davam etdi.Müəllim və şagirdlərin məruzələrini dinləyən qonaqlar sonda fikirlərini söyləyib,müzakirələr etdilər.Konfransda sözləri Əhməd Cavada məxsus "Şükriyyə" və "Çırpınırdı Qara dəniz" musiqiləri  və " Susmaram", "Göygöl", "Azərbaycan bayrağına", "Azərbaycan, Azərbaycan" şeirləri səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi