8 Noyabr- Zəfər Günü münasibətilə “Zəfərimiz əbədidir” adlı tədbir keçirildi

           05.11.2022-ci il tarixində "Zəfərimiz əbədidir" adlı tədbir keçirildi. Məktəbin akt zalında keçirlən tədbir Azərbaycan Respublikasının himinin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra aparıcılar çıxış edərək Zəfər Günü haqqında məlumat veriblər. Məktəbin ibtidai sinif müəllimi Əmirova Vəfanın təşkilatçılığı ilə baş tutan tədbirdə digər ibtidai siniflərdə çıxış etdilər. Şagirdlər bir-birindən maraqlı çıxışları ilə gələn qonaqları və müəllimləri heyrətləndiriblər. Məktəbin fidanları tədbirdə xüsusi hazırlaşmış və böyük həvəslə çıxış ediblər. Şagirdlərimizin ifasıda "Xarı bülbül" rəqsi xüsusi maraqla qarşılanıb. 

           Tədbirin qonaqları məktəbin Vətən müharibəsində iştirak etmiş şagirdləri olub. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird heyəti iştirak edib. Sonda çıxış edən məktəbin direktoru Əliyeva Sədaqət tədbirdə iştirak edən şagirdlərə və tədbirin təşkilatçısına dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi