“ZƏFƏR-44” uşaq rəsm yaradıcılıq turniri

           Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində qazandığı möhtəşəm tarixi zəfərə həsr olunmuş “ZƏFƏR – 44” uşaq rəsm yaradıcılıq turniri keçirilmişdir.

           Nəzərinizə çatdıraq ki, Uşaq rəsm yaradıcılıq turnirində 500-dən çox yeniyetmə və gənc iştirak etmişdi və təyin olunan seçim heyəti ərsəyə gələn əsərlərin arasından 44 günlük zəfərin şərəfinə 44 əsər sərgilənmək üçün seçdi.

Bu turnirdə məktəbimizi 8 ci sinifdə təhsil alan Mustafayeva Hacər təmsil etmiş və onun rəsm əsəri seçilən 44 əsərdən biri olmuşdur. 

           2 noyabr 2022 - ci il tarixində "Zəfər - 44" adlı yekun sərgi keçirilmiş və şeçilən rəsm əsərləri nümayiş olundu. Əsərləri nümayiş olunan iştirakçılara sertfikatlar və müxtəlif hədiyyələr təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi