Şəhid ailələri daima diqqət mərkəzində olmalıdır

Tarixdə bir çox müharibələr olub, qələbələr qazanılıb 44 günə qazanılan qələbəyə isə dünya tarixində rast gəlinmir. 10 noyabr Azərbaycan tarixində qızıl hərflərlə yazıldı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi.

                Əldə etdiyimiz qələbəyə görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Şəhid ailələrinə dəstək olmaq bir məktəb kollektivi olaraq bizim də borcumuzdur. Şəhid ailələri mütəmadi olaraq rəhbərlik, müəllim və şagird heyəti tərəfindən yad olunur. Hər sinif adını daşıdığı şəhid ailəsini xüsusi günlərdə-bayram günlərində yad edir, dərdlərinə məlhəm olmağa çalışır. Son 1 ay ərzində məktəbin şəhid məzunu Xəlilov Ayaz 9-ç sinfi, tərəfindən Ucarda olan məzarı ziyarət olunmuşdur. Bundan əlavə şəhid Tağıyev Kamranın ailəsi 7-e sinfi tərəfindən, şəhid Əliağa Məmmədovun ailəsi 7-b sinfi tərəfindən, şəhid Ağacavad Mütəllimzadənin ailəsi 8-b sinfi tərəfindən ziyarət olunmuşdur. Şəhidlərimizin ruhu qarşısında baş əyir və onlara Allahdan rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi