Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Rənglər festivalı” keçirildi

           10.05.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti,  “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Böyükşor bulvarında Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Rənglər Festivalı” keçirildi.
Festivalda Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyələr, təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
            Məktəbimizin şagird və müəllimləri də festivalda iştirak etdilər. Festival şagirdlərin marağına səbəb oldu, şagirdlər yerdə rəsmlər çəkib və rəqslər etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi