ORİQAMİ-nin təşkil etdiyi layihədə şagirdlərimizin iştirakı

         

02 May 2022-ci il tarixində   Maştağa qəsəbəsində, «Oriqami» uşaq və yeniyetmələr ictimai birliyində, Ramazan Bayramı ilə əlaqədar olaraq    yeniyetmələrin ( 69 nəfər) və pedaqoji kollektivlərin nümayəndələri (17 nəfər)  iştirakı ilə  Ramazan süfrəsi təşkil olunmuşdur.
               «Oriqami» QHT-nin sədri Namiq Nəcəfov Ramazan Bayramı münasibəti ilə bütün iştirakçıları ictimai birlik adından salamlamış,təbrik etmiş,onlara can sağlığı,xeyir-bərəkət, firavanlıq və yeniyetmələrə təhsildə uğurlar arzulamışdır.

                 Ramazan Bayramının təşkilinə göstərdiyinə diqqət, qayğı və dəstəyə görə  E.Məmmədov cənabına dərin minnətdarlıq ifadə edilmişdir.

                 Bakı şəhəri,Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən  Nəriman Nərimanov adına 128 №li tam orta məktəbin və Cavid Nurməmmədov adına 108 № li tam orta məktəbin pedaqoji kollektivlərinin nümayəndələri çıxışlarında yeniyetmələrin təlim-tərbiyəsində xalqımızın adət-ənənələrinin yaşadılmasının əhəmiyyətindən danışmış,»Oriqami» təşkilatına bu tədbirin təşkilinə görə təşəkkür etmiş və xatirə hədiyyələri təqdim etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi