Mir Cəfər Bağırov haqqında debat dərs


           22.04.2022-ci il tarixində məktəbin tarix müəllimi Cəfərov İsfəndiyarın təşkilatçılığı ile 10-cu sinif şagirdləri ilə akt zalında Mir Cəfər Bağırov haqqında debat dərs keçirildi.Mir Cəfər Bağırovun həyatının ziddiyyətli və təzadlı olması şagirdlərdə kifayət qədər fikir ayrılığına səbəb olmuşdur. Şagirdlər leyhinə və əleyhinə olmaqla iki komandaya bölünmüşdülər. Dərsdə məktəb rəhbərliyi, müəllim kollektivi ilə yanaşı qonaqlar da var idi.BŞTİ-nin tarix fənni üzrə metodisti Çinarə Cəbrayılova, Maştağa kənd Bələdiyyəsinin müavini Ağanəcəf müəllim, 255 nömrəli məktəbin direktoru Mətanət müəllim, 108, 295,75, 255, 130 nömrəli məktəbin tarix müəllimləri iştirak edirdilər. Dərs qonaqlar tərəfindən çox bəyənildi və sonda qonaqların təklifilə leyhinə komandasının fikirlərinin daha tutarlı və şagirlərinin fikirlərini daha aydın ifadə etdiyini nəzərə alaraq qalib komanda seçildi.Sonda qonaqlarla xatirə şəkli çəkildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi