"Tariximizə Sahib Çıxaq" layihəsi çərçivəsində açıq dərs

           14.04.2022 ci il tarixində məktəbimizdə"Tariximizə Sahib Çıxaq"layihəsi çərçivəsində"Azərbaycanın tarixi abidələri"mövzusunda açıq dərs keçirildi.Açiq dərsi məktəbin tarix müəllimi Qurbanova Jalə 7b sinif şagirdləri ilə təqdim etdi.Dərs zamanı şagirdlər qruplara bölünərək ədəbi kompozisiya təqdim etdilər.Hər qrup bir bölgəni təmsil edirdi . Həmin bölgənin medeniyyeti ve tarixi abidələri haqqında məlumat təqdim edildi.Məlumat həmin tarixi abidənin dilindən təqdim olunurdu.Tədbirdə rəhbərlik, müəllim,şagird heyəti ilə yanaşı digər qonaqlar da var idi.AMEA Folklor İnstitunun elmi işçisi Vəfa Saleh, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Zəkulla Bayramlı, "Tariximizə Sahib Çıxaq" təşkilatının sədri Araz Şamil dərsdə qonaq qismində iştirak edirdi.                                                                                                                                                                                          
             Dərs qonaqlar tərəfindən bəyənildi və sonda dersde fəallıq göstərən müəllim və şagirdlər    "Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən diplomlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi