Aprel döyüşləri-böyük zəfərin başlanğıcı

           04.04.2022-ci il tarixində məktəbin akt zalında təlim-tərbiyə işləri üzrə direktor müavini, eyni zamanda tarix müəllimi Əliyev Cavanşirin iştirakı ilə “Aprel döyüşləri-Böyük zəfərin başlanğıcı” adlı dərs keçirildi. Dərsdə aprel döyüşləri haqqında ətraflı məlumat verildi, videomaterial nümayiş olundu, aprel şəhidləri yad edildi. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeyləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
           Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonu Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi