Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anıldı

            02.04.2022-ci ildə məktəbin akt zalında Vətən müharibəsi şəhidi Novruzov Rəşad Elşad oğlunun doğum günü münasibəti ilə anım mərasimi keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov Sabunçu rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şəhidin ailə üzvləri,məktəb rəhbərliyi və şagird heyəti iştirak etmişdir. Məktəbin təsviri-incəsənət müəllimi Novruzova Qızxanımın təşkilatçılığıilə şəhidin adını daşıdığı 8-ç sinifinin də iştirak etdiyi tədbirdə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən danışıldı. Şagirdlər şəhid haqqında ətraflı məlumat verdilər,vətənpərvərlik ruhunda şeirlər səsləndirib, mahnılar ifa etdilər. Vətən müharibəsində şücaət göstərmiş şəhidlərimiz və qazilərimiz həmişə ehtiramla yad edilir və onlar yetişən gənc nəsilə nümunə göstərilir.

              Qeyd edək ki, Novruzov Rəşad Elşad oğlu 03.04.2002-ci ildə Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 255 saylı tam ortq məktəbi bitirmişdir. Həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ilin aprel ayında könüllü olaraq xüsusi təyinatlı dəstəyə yazılmış, Füzuli,Qubadlı,Zəngilan,Kəlbəcər,Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 08.11.2020-ci ildə Laçın rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 16.11.2020-ci ildə Sabunçu rayonu,Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. 

               Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğurunda” və “Cəsur döyüşçü” medallarlı ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi