Sabunçu rayonunda Novruz bayramı münasibətilə növbəti konsert proqramı keçirildi

        24.03.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində
         Novruz bayramı münasibətilə konsert proqramı keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri və rayon sakinləri iştirak edirdilər.
         Konsert proqramında sevilən sənətçilərin səsləndirdiyi şən nəğmələr tamaşaçılara bayram əhval-ruhiyyəsi bəxş etdi. 
        Qururverici məqamlardan biri də konsertdə şagirdlərimizin çıxışı oldu.Nahid, Vahid Rəhimovlar və məzunumuz Məhəmmədəlinin nağarada möhtəşəm ifaları hər kəsi heyran etdi.Sonda şagirdlərimiz qazilərlə xatirə şəkli çəkdirdilər.
Novruz personajları olan Kosa və Keçəl isə bayram tədbirinə xoş ovqat qatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi