“Novruz xonçası” adlı tədbir

         18 Mart 2022-ci il tarixində məktəbimizdə “Novruz xonçası” adlı tədbir keçirildi. Uşaqdan böyüyə hər kəsin sevimli bayramı olan Novruz özündə bir çox milli,əxlaqi dəyərləri özündə cəmləşdirir. 
        Tədbiri məktəbin ibtidai sinuf müəllimi Vəfa Əmirova 3ç sinif şagirdlərilə təşkil etmişdi. Tədbir məktəbimizin nağaraçıları Vahid,Nahid Rəhimovların möhtəşəm ifası ilə başladı. Daha sonra aparıcılar çıxış etdi, Novruza aid mahnılar,səhnəciklər nümayiş olundu. Kosa,Keçəl,Nənə obrazları tədbiri xüsusilə rövnəqləndirdi. 
        Bundan əlavə 7b sinif şagirdi Fatimə Kərimli maraqlı rəqsi ilə tədbirə gözəllik bəxş etdi.7c sinif şagirdləri tədbirdə rəqs və mahnı ilə çıxış etdilər. Tədbirin ən yaddaqalan, həssas məqamı müxtəlif ölkələrin dillərində “Novruz bayramınız mübarək” sözləri səslənən zaman baş tutdu. Belə ki, Rusiya və Ukraniya Respublikalarını təmsil edən uşaqlar bir-birlərinə sarılaraq “Gəlin dost olaq,biz müharibə istəmirik” sözləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. 
         Novruz ətirli tədbirimizdə məktəbin rəhbərləri, məktəb kollektivi ilə yanaşı qonaqlar da var idi.
Qonaqlarımız Sabunçu rayonu 28 saylı III Dairə Seçki Komissiyasının sədri Hacıbala müəllim, YAP-ın sədr müavini Zülfüqar müəllim, Maştağa Kənd İcra nümayəndəsi Gülnarə xanım, Maştağa Mədəniyyət evindən Əbdülxaliq müəllim idi. 
         Sonda məktəbin direktoru çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi, qonaqlara Azərbaycan milli baş geyimi Araxçın hədiyyə olundu və xatirə şəkil çəkildi.

https://youtu.be/8Ve8nWNmXP4

https://youtube.com/shorts/Jv9IXB52XEY?feature=share

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi