Novruz adət-ənənələrini yaşadaq

 

           Martın 15-də məktəbin Azərbaycan dili müəllimi Bağırova Günel 7-e sinif şagirdləri ilə ilaxır çərşənbə-Torpaq çərşənbəsi münasibətilə"Novruz adət-ənənələrini yaşadaq" mövzusunda açıq dərs keçirmişdir.Dərsdə məktəbin direktoru Əliyeva Sədaqət, təlim-tərbiyə işləri üzrə direktor müavini Əliyev Cavanşir də iştirak edirdi.Əsas məqsəd şagirdlərə milli adət-ənənələrimiz haqqında məlumat vermək, ənənələrimizi təbliğ edərəkgələcək nəsillərə ötürməkdir.

          Şagirdlər Novruz bayramı, bayramın yaranma tarixi, adətləri haqqında məlumatlar veriblər.Kosa, Keçəldən kiçik səhnə nümayişolunub.Sonda şagirdlər yumurta döyüşdürüblər.

          YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı adət-ənənələrini qoruyub nəsildən-nəslə ötürmək hərbirimizin borcu və vəzifəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi