Şagirdlərimiz gəzintidə

Şagirdlərin dünyagörüşünü artırmaq, onların istirahət və bayram günlərinin daha səmərəli şəkildə keçməsini təmin etmək məqsədilə müəllimlər tərəfindən müntəzəm olaraq muzeylərə, tarixi abidələrə ekskursiyalar təşkil olunur. Məktəbin ingilis dili müəllimi Şərbətova Nuranə sinif rəhbəri olduğu 5-h sinfi ilə Qala Arxeoloji-Entoqrafik Muzey Kompleksinə ekskursiya etmişlər.Muzey Kompleksindəki eramızdan əvvəl III minilliyə aid kurqanlar,sərdablar, yaşayış evləri, qədim qəsrin qalıqları şagirdlərin diqqətini cəlb etmişdir.

                Həmçinin məktəbin musiqi müəllimi Nuriyeva Çiçək bir qrup şagirdlə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə  və Bakı Zooloji Parkına səyahət etmişdilər. Parkdakı heyvanlar xüsusilə adları “Qırmızı kitab”a düşmüş heyvanlar şagirdlərin marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi