8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirildi

04.03.2022-ci il tarixində məktəbin təbdirlər planına əsasən 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirildi. Tədbir rəsmi və bədii hissədən ibarət idi. Rəsmi hissəni mətkəbin tarix müəllimləri Qurbanova Esmira və Cəfərov İsfəndiyar 8-a sinif şagirdləri ilə Massaget hökümdarı Tomris haqqında hazırlamışdı. Açıq dərs formasında hazırlanmış dərsdə şagirdlər Tomris haqqında maraqlı məqamlara toxundular. Tədbir əsl Azərbaycan Qəhrəmanı Tomrisin timsalında bütün Qəhrəman qadınlarımıza ithaf olunurdu. Rəsmi hissə bitdikdən sonra, bədii hissəyə keçildi. Bədi hissədə şagirdlər “Ananın səsi” mahnısını, S.Rüstəmin “Ana və Paçtolyon” əsərini səhnələşdirilmiş formada təqdim etdilər. A.Mustafayevin “Salam, şəhid anası” şeiri və məktəb xorunun ifasında “Xudayar təsnifi” gələn qonaqlarımızı kövrəltdi. Bu dəfə qonaqlarımız çoxluq təşkil edirdi. Fəxri qonaqlar arasında şəhid anaları və 255, 209, 293, 28, 130, 75, 187, 113 nömrəli məktəbin direktorları da var idi. Şəhid adı verilmiş hər sinif otağı ilə şəxsən tanış olan şəhid anaları çox kövrəldilər. Sonda məktəb direktorları onlara hədiyyələr təqdim edilər və xatirə şəkili çəkildi.

                Şəhidlərimizin bizə əmanət qoyduqlarını daim diqqət mərkəzində saxlamaq, onlara qayğı göstərmək hər birimizin borcudur. Şəhid analarının timsalında bütün Azərbaycan qadınlarını təbrik edir, onlara qadın xoşbəxtliyi arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi