Reproduktiv sağlamlıq üzrə məşğələ keçirildi

02.03.2022-ci il tarixində məktəbimizin biologiya müəllimi Azayeva Rufanə akt zalında 6-7-ci siniflərin qızlarını toplayaraq Reproduktiv sağlamlıq üzrə məşğələ keçmişdir. Bu məşğələdə əsasən yetkinlik dövrünün əsas əlamətlərini sadalayıb psixo-emosional sahədə boş verən dəyişikliklər şərh olundu. Dərs zamanı Reproduktiv sistemin şəkillərini multimedia qurğuları vasitəsilə göstərib ayrılıqda hər bir orqanın quruluşu və funksiyası barədə məlumat verildi. Şagirdlər bu mövzu ətrafında suallar verərək müzakirələrə cəlb olundular.

                Yuxu, qidalanma, şəxsi-gigiyena qaydaları bütün bunlar yeniyetmənin düzgün yetişməsində mühüm rol oynayır. Erkən nigah məsələsinə toxunan Rufanə müəllimə bunun birbaşa savadsızlıq və avamlıqla əlaqəli olduğunu bildirdi. Maarifləndirmə xarakterli məşğələ şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi