Gənc yazarlarımız silsiləsindən

Məktəbimizdə artıq ənənəyə çevrilən, hər həftənin 2-ci günü təşkil olunan “Gənc yazarlarımız” adlı layihədə növbəti təqdimat keçirildi. Təqdimatı 8-ç sinif şagirdi Kərimova Nəzrin etdi. “Bir bulağın hekayəsi” adlı hekayənin təqdimatında məktəbin direktoru Əliyeva Sədaqət, Azərbaycan dili müəllimi Bağırova Günel, kitabxana müdiri Quliyeva Yaxşıxanım və 7-e sinif şagirdləri iştirak edirdi. Şagirdlər hekayənin müzakirəsində faəllıq göstərərək Nəzrinə suallar verir, iradlarını bildirir və ən bəyəndikləri hissə hekayənin tam məzmununu ifadə edən “Yaşamağa dəyər” şeirinə görə alqışladılar.                                                                                                                                                              

Müəllimlər də öz növbələrində Nəzrinə təşəkkürlərini bildirdilər və Nəzrinin gələcəkdə daha böyük uğurlara imza atacağından əmin olduqlarını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi